Türkiyə Azərbaycan Birliyinin İnkişafı Adına Ağacdikme Teşebbüsü (TABİAT) Türkiyə Respublikası ərazisində  28 iyul 2021-ci il tarixindən etibarən başlayan meşə yanğınlarının nəticələrinin aradan qaldırılması məqsədilə başladılmışdır. 

Hərəkatın əsas missiyası: Ölkəmizin işğaldan azad edilmiş torpaqlarının hər qarışında Türkiyənin izi olduğu kimi , qardaş ölkənin yanmış meşələrinin bərpasında da Azərbaycanın izinin olmasıdır.  

TABİAT iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinə söykənən bir hərəkatdır. Başladılmış hərəkat çərçivəsində Türkiyənin yanmış meşə zolaqlarında TABİAT meşələri təsis ediləcək. 

Bir şəhər  üçün nəzərdə tutulan meşə zolağının ərazisi minimum 15 kektar olaraq nəzərdə tutulur. İlkin hesablamalara əsasən 1 hektar üçün əkilməsi nəzərdə tutulan ağac sayı 2000 ağacdır. Bir ağac üçün 2 AZN (10 TL) məbləğ nəzərdə tutulur.  

Məlumat üçün  qeyd edək ki, bu günkü məlumatlara əsasən ümumilikdə Türkiyədə 35 şəhərdə  129 yanğın hadisəsi baş verib. 

Hərəkat “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə  3 avqustdan etibarən başlayır və 3 ay müddətində davam edəcəkdir. Toplanan məbləğin idarəolunması və istifadəsi şəffaf şəkildə ictimaiyyətə periodik hesabatlar şəklində təqdim ediləcək.