Gənclər üçün beynəlxalq təlim imkanı: Erasmus+ çərçivəsində “DigiCompEdu” layihəsi
“Odlar Yurdu” Gənclər İctimai Birliyi gəncləri Çexiya Respublikasında baş tutacaq Erasmus+ proqramı çərçivəsində keçirilən “DigiCompEdu” beynəlxalq təlim kursuna qatılmağa dəvət edir.
“DigiCompEdu” layihəsi təhsildə innovativ texnologiyalardan istifadə üzrə təlimçiləri bacarıq və praktiki üsullarla təchiz etməyə yönəlmiş bir proqramdır. Layihə iştirakçılara təhsil sahəsində rəqəmsal bacarıqlarını artırmaq və beynəlxalq təcrübə qazanmaq imkanı təqdim edir.
Məkan: Hrádek, Çexiya Respublikası
Tarix: 10-16 aprel 2025
Hər ölkədən iştirakçı sayı: 4 nəfər
Xərclər: Nəqliyyat, qidalanma və qonaqlama xərcləri layihə çərçivəsində qarşılanır.
Son müraciət tarixi: 3 mart 2025
🌐Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScZJ4rY8IpEm_Eq8kHiPVjIl2xhgjFtZG_iP4As9n5fC3REeQ/viewform
❗️Qeyd: Qeydiyyatdan keçməzdən öncə məlumat paketini diqqətlə oxuyun. https://drive.google.com/file/d/17KgojVIOjT13D1xqaMPAEWwhXMLNFXRJ/view?usp=sharing