+994 50 466 36 22 info@oygib.az

Haqqımızda

“Odlar Yurdu” Gənclər İctimai Birliyi 15 iyun 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində bir qrup gənc tərəfindən yaradılmışdır. Təşkilatımız tərəfindən gənclərin ideyalarını dəstəkləyən və gücləndirən bir çox layihələr həyata keçirilib. 10 il ərzində fəaliyyətimiz nəticəsində 10 minə yaxın gənc müxtəlif layihə və fəaliyyətlərdən bəhrələnib. Birliyimiz 17 müxtəlif ölkədə keçirilən 26 layihənin tərəfdaşı olub (İtaliya, Norveç, Rumıniya, Macarıstan, Türkiyə, Yunanıstan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Sloveniya, Almaniya, Hollandiya və s.). Bundan əlavə, Gənclər Birliyi olaraq Azərbaycanı 6 fərqli ölkədə, fərqli layihələrdə təmsil etmişik. (Belçika, Xorvatiya, Rumıniya, Yunanıstan, Türkiyə, Gürcüstan). Bu layihələrdə ümumilikdə 100-ə yaxın gənc iştirak edib.

Hədəf qruplarımız aşağıdakılardır:
– 14-29 yaş arası bölgələrdəki gənclər
– 14-29 yaş arası qadınlar və gənc qızlar
– xüsusi qayğıya ehtiyacı olan 14-29 yaş arası sosial qruplar

2019-cu il ərzində birliyimiz tərəfindən aktiv vətəndaşlıq (“İmadəddin Nəsimi – 650 ilin dəyəri”), sahibkarlıq (“Rayon Gənclərinin I Sahibkarlıq Forumu”) və ətraf mühitin mühafizəsi (“Ətraf mühit və mən” II Gənc Könüllülərin Yay Məktəbi) ilə bağlı 3 yerli layihə həyata keçirilib. 2019-cu il ərzində Azərbaycanın müxtəlif bölgələrində kiçik layihələr, tədbirlər və digər fəaliyyətlər həyata keçirilib.
2020-ci ildə beynəlxalq təcrübəyə əsaslanaraq, koronavirus (COVID-19) pandemiyası və postpandemiya dövründə sahibkarları həvəsləndirmək məqsədilə “Sahibkarların Birinci Beynəlxalq Onlayn Forumu – Bakı 2020” keçirilib. Könüllülük fəlsəfəsini gənclər arasında yaymaq məqsədilə “KönüllüSən” adlı layihə həyata keçirilib. Bu layihə ilk dəfə 2015-ci ildə Gəncə şəhərində, daha sonra 2018 və 2019-cu illərdə Gəncə və Bakı şəhərlərində həyata keçirilib.
“Kənd Yerlərində Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi 2020-ci il sentyabrın 7-dən 2021-ci il aprelin 7-dək keçirilib. Layihənin əsas məqsədi İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və az imkanlı olan kənd sakinlərinin rifahının yaxşılaşdırılması olub. Təlimdə “Müştərilərə peşəkar xidmət”, “Qonaq evlərinin satışı”, “Nağd pulun idarə edilməsi”, “Müştəri ilə ünsiyyət üsulları” və s. kimi mövzular əhatə olunub. Təşəbbüsdə iştirak etmək imtiyazını 15 kənd sakini əldə edib. Nəhayət, 2021-ci ildə Gəncə şəhərində “Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumu keçirildi. Layihədə müxtəlif regionlardan olan 60 gənc iştirak etdi.

Birliyimiz 2022-2024-cü illərdə 3 əsas prioritet üzrə fəaliyyət göstərəcək:
1. Beynəlxalq tərəfdaşlıq
2. Sahibkarlıq
3. Aktiv vətəndaşlıq

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube