“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycanı Almaniyada təmsil edəcək.
“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycanı Almaniyada təmsil edəcək.
Birliyimizin tərəfdaşı olduğu “Young Journalists” adlı, Erasmus+ (youth exchange) proqramı çərçivəsində həyata keçiriləcək layihə qalib olub.
Bu o deməkdir ki, Almaniya, Bolqarıstan, Makedoniya, Ruminiya, Macarıstan və Türkiyədən olan ümumilikdə 42 nəfərin iştirak edəcəyi layihədə Azərbaycan 6 nəfərlik heyyətlə təmsil olunacaq.
Jurnalistika mövzusuna həsr olunmuş layihə müddətində gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq gənclər şəbəkəsinin qurulması məqsədilə və ölkələrin mədəniyyətlərinin, tarixlərinin tanıdılması məqsədilə mədəniyyət axşamları və bir sıra fəaliyyətlər həyata keçiriləcəkdir.
Layihə 2 – 9 dekabr tarixlərində Almaniyanın Vürzburq şəhərində baş tutacaq.