YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirib
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirib.Tədbirdə Qadınlar Şurasının İdarə Heyəti və Şura üzvləri,bələdiyyə üzvlüyünə seçilən və partiya sıralarına yeni qəbul olunan gənc xanımlar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri,GDU-nun prorektoru Pərvin Kərimzadə giriş nitqi söyləyərək, qadınları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmiş, qadınların xalqımızın taleyində əhəmiyyətli rolundan danışıb.AzTU-nun prorektoru Gülsüm Fətəliyeva,ADAU-nun prorektoru Aidə Qasımova, 1 saylı poliklinikanın baş həkimi Xalidə Sadıqova, Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Yeni Gəncə”qəzetinin baş redaktoru Süsən Tağıyeva, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edərək,qadınların təhsil,səhiyyə,mədəniyyət,mətbuat sahəsində qazandıqları uğurlardan,çox məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gələrək,onlara göstərilən etimadı ləyaqətlə doğrultmalarından,bütün sahələrdə örnək və nümunə olmalarından danışıblar. Həmçinin Rəfiqə Sadıqovanın doğum günü qeyd olunub, xanıma çiçək dəstəsi və Fəxri Fərman təqdim olunub. “Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova da Gəncə şəhərinin ictimai-siyasi həyatında nümunəvi fəaliyyətinə görə və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təltif olunmuşdur.