01.02.2015
Gəncə şəhərində 01.02.2015 tarixində Heydər Əliyev Mərkəzində 2 fevral Gənclər Günü münasibəti ilə Gəncə şəhər İcra Hakimiyyətinin möhtəşəm tədbiri keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı cənab Elmar Vəliyev, Prezident Administrasiyası İctima-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev , Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, şəhər ictimaiyyəti və gənclər iştirak edirdilər. Tədbirdə Gəncə şəhərində 2014-cü il ərzində müxtəlif fəaliyyət istiqamətlərində seçilən gənclər mükafatlandırıldı. Mükafat alan gənclər sırasında həmçinin “Odlar Yurdu” GİB-in fəal siması Elşad Fərzalıyevdə vardı. “İlin ən fəal QHT” sinin üzvü mükafatına layiq görülən gənc üzvümüzü ürəkdən təbrik edirik!