+994 50 466 36 22 info@oygib.az

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumu

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumunun müraciət formasına xoş gəlmisiniz!

Əgər Siz 18-29 yaş qrupundasınız, regionda yaşayırsınız, biznes ideyanız var, sahibkarlıq sahəsində biliklərinizi artırmaq istəyirsiniz və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuzsa, bu forum məhz sizin üçündür!

Forumda sizi nə gözləyir?
– öz biznesinizi qurmaq üçün lazım olan ilkin biliklərə yiyələnəcəksiniz.
– uğurlu iş adamları, sahibkarlarla tanış olmaq, uğur hekayələrini dinləmək və gələcəkdə onlarla əməkdaşlıq etmək imkanı əldə edəcəksiniz.
– sizi maraqlandıran və narahat edən suallara cavab tapmaq imkanı qazanacaqsınız.
– biznes ideyanızı təkmilləşdirmək və biznes plan hazırlamaq bacarıqlarına yiyələnəcəksiniz.
– mövcud biznesinizin təkmilləşməsi üçün peşəkarların tövsiyyələrini alacaqsınız.
– əlavə maliyyə imkanlarına çıxış və investisiya imkanları haqqında məlumat alacaqsınız.
– peşəkar təlimçilərin iştirakı ilə vacib mövzularda təlimlərə qatılacaqsınız.

DİQQƏT!
– Ən yaxşı biznes planı hazırlasanız, Dövlət Məşğulluq Agentliyinin məşğulluq proqramının seçim meyarlarına da cavab versəniz, biznesinizi qurmaq üçün lazım olan avadanlıqları əldə etmək imkanı qazanacaqsınız.

Forumun təşkilatçıları kimlərdir?
-Forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) da forumun tərəfdaşlarıdır.

Layihənin məqsədi nədir?
Layihənin məqsədi region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.

Məlumat üçün bildirək ki, “Brave Heart” Region Gənclərinin Sahibkarlıq Forumu ənənəvi xarakter daşıyır və ilk dəfə 2019-cu ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində keçirilib.

Forumun keçirilmə tarixi və məkanı haqqında məlumat aşağıdakı kimidir.
Forum “Nizami Gəncəvi ili”nə həsr olunur və 26-27 noyabr 2021-ci il tarixində Gəncə şəhərində həyata keçiriləcək.

Əziz gənc!
Qeydiyyat üçün son tarix 15 noyabr saat 18:00-dır.

Diqqət: Layihə üzrə müraciət qəbulu artıq başa çatmışdır.
Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube