Gənc Qan Donorlarının ilk Regional Forumu
Respublikada qan donorluğunun inkişafına dəstək məqsədi ilə 10 fevral 2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuzilogiya İntitutu, Mərkəzi Qan Bankı eyni zamanda ölkənin gənclər və səhiyyə sahəsində aparıcı qeyri hökümət təşkilatları olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “Qan Donorları” Assosiasiyası İctimai Birliyi, “Hematologiya İnkişafına Dəstək”İB, Azərbaycan Talassemiya Federasiyası və “Gənclər üçün Təhsil Mərkəzi” İB -in təşkilatçılığı ilə respublikamızın qərb region gənclərini əhatə edən Gənc Qan Donorlarının ilk Regional Forumu keçirildi. Forumdə dövlət qrumları ilə bərabər şəhər ictimaiəti iştirak edirdi.
Azərbaycanda qan donorluğu sahəsində ilk milli forumu 14 iyun 2014-cü il tarixində paytaxt Bakıda baş tutmuşdur. Hazırda bu ənənə regionlar da da davam etdirilməkdədir. Gənc Qan Donorlarının ilk Regional Forumu məhs Gəncə şəhərində keçirildi. Forum zamanı Gəncə şəhər İcra Hakimiyyəti və fəal 3 gən donor Azərbaycanda könüllü təmənnasız inkişafında fəal iştirakına görə təltif olundular. Təltif olunanlar sırasında “Odlar Yurdu” GİB-in fəal siması Aytac Hüseynli də vardı.
Forum Gəncə şəhər İcra Hakimiyyəti və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin ev sahibliyi, forumun işçi qrupunun təşəbbüsü ilə keçirildi. Növbəti regional forumun cənub bölgəsində keçirilməsi nəzərdə tutulub.