Gənclər təşkilatları regionlarda zərərçəkmiş vətəndaşlarımıza baş çəkiblər
Gənclər təşkilatları regionlarda zərərçəkmiş vətəndaşlarımıza dəstək olaraq birlik nümayiş etdirdi.
Ölkəmizin aparıcı gənclər təşkilatlarının nümayəndələri Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gəncə, Goranboy, Mingəçevir və Naftalan rayonlarına səfər edərək cari vəziyyətlə tanış oldular.
Birliyimizin sədri Nigar Ələsgərova da nümayəndə heyyətində təmsil olunurdu.
Gənclərlə aparılan söhbətlər bir daha onu sübut etdi ki, heç bir düşmən təxribatı Azərbaycan gəncliyinin Qarabağ sevgisini və orduya olan inamını azalda bilməz.