“KönüllüSƏN” layihəsi uğurla yekunlaşdı.
“KönüllüSƏN” layihəsi uğurla yekunlaşdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçilən “KönüllüSƏN” (4) layihəsi uğurla yekunlaşdı.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019- cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Cari layihə də Sərəncamdan irəli gələrək ərsəyə gəlmişdir.
Layihənin əsas məqsədi könüllülük fəaliyyətinin özündə əks etdirdiyi mahiyyəti, peşəkar könüllülük məşğuliyyətini təbliğ etmək idi.
Layihə çərçivəsində hazırlanan “KönüllüSƏN” adlı sənədli film və kitabça ölkədə mövcud könüllülük təcrübəsini, uğurlu gənc könüllü simaları və onların uğur hekayələrini təbliğ etməklə gənclərin könüllü fəaliyyətə cəlb olunmasına xidmət edir. Hazırlanan sənədli film və kitabça internet resurslarında, müxtəlif mənbələrdə yerləşdirilərək, daha çox şəxsin faydalanmasına imkan yaradacaq.
Məlumat üçün bildirək ki , “KönüllüSƏN ” layihəsi 2015- ci ildə ilk dəfə Gəncə şəhərində, daha sonra 2018 və 2019- cu illərdə Gəncə və Bakı şəhərində həyata keçirilib.
Cari layihə 25 sentyabr-25 noyabr 2020-ci il tarixlərini əhatə edirdi.