“Odlar Yurdu” GİB-in üzvləri şəhid və qazi ailələrini ziyarət ediblər.
“Odlar Yurdu” GİB-in üzvlərindən təşkil edilmiş İctimai Maarifləndirmə qrupları Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan şəhid və qazi ailələrini ziyarət ediblər.
Qeyd edək ki, İctimai Maarifləndirmə layihəsi Azərbaycan Gənclər Fondu maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə, 30 gənclər təşkilatının iştirakıyla 12 şəhər və rayonda karantin qaydalarına uyğun olaraq həyata keçirilir.