“Ətraf mühit və MƏN”-Qış məktəbinin 3-cü günü yekunlaşdı.
“Ətraf mühit və MƏN”-Qış məktəbinin 3-cü günü maraqlı təlimlər, təmizlik aksiyası, “Danışan şəkillər” layihəsinin icrası, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi ilə səmimi görüşlə yekunlaşdı.Gənclər tərəfindən 5 maraqlı layihə təqdim olundu. Olduqca məhsuldar davam edən layihənin icrası 19 dekabr tarixinədək davam edəcəkdir.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Gəncə şəhər İcra Hakimiyyətinin və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas məqsədi gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması və onların ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarətdir.