V Respublika sərgisində “Odlar Yurdu” Gənclər İB təmsil olunub.
13 noyabr 2018-ci tarixdə Bakı Kristal Zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə Gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib.
“Odlar Yurdu” Gənclər İB-də sərgidə təmsil olunub.
Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası məqsədilə təşkil edilir.