“Odlar Yurdu” Gənclər İB-nin yeni Baş Katibi və Könüllülər üzrə koordinator təyin edildi.
9 dekabr yeni təyinatlar tarixi olaraq “Odlar Yurdu” Gənclər İB-nin tarixinə yazıldı.
Beləki birliyin yeni Baş Katibi və Könüllülər üzrə koordinator təyin edildi. 🙂
Birliyin yeni üzvlərinin iştirakı ilə baş tutan görüşdə Baş Katib Təhminə Cəfərova təşkilatın fəaliyyəti, gənclərin inkişafında rolu haqqında yeni üzvlərə məlumat verib.Könüllülər üzrə koordinator Fəxrəddin Əliyev də təşkilatın əsas #prioritet fəaliyyət istiqaməti olan #könüllülük sahəsində görülən işlərdən danışıb.
Daha sonra Təhminə Cəfərova öz postunu birliyin fəal siması Ruslan Vəliyevə, Fəxrəddin Əliyev isə Orxan Məmmədova devr edib. #Yeni təyin olunan #gənclər #gələcək planlar haqqında məlumat veriblər.
Hər iki gənci təbrik edir və inanırıq ki, sələfləri kimi onlar da cəmiyyətdə #layiqli yerlərini tutacaq, ətraflarına daha da faydalı olmağa çalışacaqlar.