+994 50 466 36 22 info@oygib.az

Gənclər üçün Bolqarıstanda yeni təlim proqramı

Gənclər üçün Bolqarıstanda yeni təlim proqramı

Avropada baş tutacaq növbəti təlim kursunda iştirak haqqı qazanmaq fürsətini qaçırmayın!

“Odlar Yurdu” Gənclər İctimai Birliyin tərəfdaş olduğu layihə 19-28 mart tarixlərində Bolqarıstanın Radomir şəhərində həyata keçiriləcək. “Gənclər arasında radikallaşmanın anlaşılması və qarşısının alınması” mövzusundakı 8 günlük təlim proqramı seçilən iştirakçılara gənclər arasında radikallaşmanın qarşısını almaq üçün bilik və bacarıqlar vermək məqsədi daşıyır. Layihədə iştirak etməklə siz:

  • Ekstremizmin/radikallaşmanın səbəblərini anlamaq;
  • Avropada ekstremizm/radikallaşma hadisələrini müqayisəli təhlil etmək onlar arasındakı əlaqələri müəyyənləşdirmək;
  • Ekstremizmə/radikallaşmaya səbəb olan əsas amilləri, eləcə də onların qarşısının alınmasına səbəb olan amilləri tapmaq və təhlil etmək;
  • Avropa dəyərlərinin təhlili və onları ekstremizmə və radikallaşmaya qarşı vasitə kimi istifadə etmək üçün lazım olan bilik və bacarıqlara yiyələnəcəksiniz.

Müraciət üçün namizədlər ⤵️

  • 18 yaşdan yuxarı olmalı;
  • orta səviyyədə ingilis dili biliyi;
  • gənclərlə iş sahəsində çalışan gənc işçi olmalı;
  • mövzu barədə motivasiyalı və həvəsli olmalıdır.

Əgər siz də layihədə iştirak edib, müvafiq sahədə biliklərinizi möhkəmləndirmək istəyirsinizsə, https://bit.ly/3ApwI4R linkinə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, yalnız növbəti mərhələyə keçən iştirakçılarla əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 31 yanvar, 2022

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube