Gənclər üçün Bolqarıstanda yeni təlim proqramı
Avropada baş tutacaq növbəti təlim kursunda iştirak haqqı qazanmaq fürsətini qaçırmayın!
“Odlar Yurdu” Gənclər İctimai Birliyin tərəfdaş olduğu layihə 19-28 mart tarixlərində Bolqarıstanın Radomir şəhərində həyata keçiriləcək. “Gənclər arasında radikallaşmanın anlaşılması və qarşısının alınması” mövzusundakı 8 günlük təlim proqramı seçilən iştirakçılara gənclər arasında radikallaşmanın qarşısını almaq üçün bilik və bacarıqlar vermək məqsədi daşıyır. Layihədə iştirak etməklə siz:
- Ekstremizmin/radikallaşmanın səbəblərini anlamaq;
- Avropada ekstremizm/radikallaşma hadisələrini müqayisəli təhlil etmək onlar arasındakı əlaqələri müəyyənləşdirmək;
- Ekstremizmə/radikallaşmaya səbəb olan əsas amilləri, eləcə də onların qarşısının alınmasına səbəb olan amilləri tapmaq və təhlil etmək;
- Avropa dəyərlərinin təhlili və onları ekstremizmə və radikallaşmaya qarşı vasitə kimi istifadə etmək üçün lazım olan bilik və bacarıqlara yiyələnəcəksiniz.
Müraciət üçün namizədlər ⤵️
- 18 yaşdan yuxarı olmalı;
- orta səviyyədə ingilis dili biliyi;
- gənclərlə iş sahəsində çalışan gənc işçi olmalı;
- mövzu barədə motivasiyalı və həvəsli olmalıdır.
Əgər siz də layihədə iştirak edib, müvafiq sahədə biliklərinizi möhkəmləndirmək istəyirsinizsə, https://bit.ly/3ApwI4R linkinə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, yalnız növbəti mərhələyə keçən iştirakçılarla əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 31 yanvar, 2022