“Genc MÜSİAD” ilə əməkdaşlıq əlaqələri genişləndirilir.
“Odlar Yurdu” Gənclər İctimai Birliyi “Genc MÜSİAD” ilə əlaqələrini daha da genişləndirir. Bundan əvvəl 2021-ci il noyabr ayında 25-ci Beynəlxalq Biznes Forumu (İBF) çərçivəsində tərəflər arasında ilkin tanışlıq görüşləri keçirilmişdir. Daha sonra “Genc MÜSİAD”-ın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “ÜFÜQ Azərbaycan” Türkiyə-Azərbaycan Gənclərinin İş Dünyasına İnteqrasiyası adlı tədbir həyata keçirilmişdir.
Həmçinin, “Genc MÜSİAD” birliyimiz tərəfindən həyata keçirilən “Türkiyə Azərbaycan Birliyinin İnkişafı adına Ağacəkmə Təşəbbüsü – TABİAT” layihəsinin Türkiyədəki əsas tərəfdaşıdır. Bu tərəfdaşlıq çərçivəsində yaxın vaxtlarda Türkiyədə birgə fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Son olaraq 10 fevral 2022-ci il tarixində birliyimizin rəhbərliyi “Genc MÜSİAD”-ın İstanbulda yerləşən baş ofisini ziyarət edib. Ziyarət çərçivəsində cari layihələr və gələcəkdə həyata keçirilə biləcək müxtəlif layihələr müzakirə edilib.