+994 50 466 36 22 info@oygib.az

"Genc MÜSİAD" ilə əməkdaşlıq əlaqələri genişləndirilir.

“Genc MÜSİAD” ilə əməkdaşlıq əlaqələri genişləndirilir.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi “Genc MÜSİAD” ilə əlaqələrini daha da genişləndirir. Bundan əvvəl 2021-ci il noyabr ayında 25-ci Beynəlxalq Biznes Forumu (İBF) çərçivəsində tərəflər arasında ilkin tanışlıq görüşləri keçirilmişdir. Daha sonra “Genc MÜSİAD”-ın Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “ÜFÜQ Azərbaycan” Türkiyə-Azərbaycan Gənclərinin İş Dünyasına İnteqrasiyası adlı tədbir həyata keçirilmişdir.

Həmçinin, “Genc MÜSİAD” birliyimiz tərəfindən həyata keçirilən “Türkiyə Azərbaycan Birliyinin İnkişafı adına Ağacəkmə Təşəbbüsü – TABİAT” layihəsinin Türkiyədəki əsas tərəfdaşıdır. Bu tərəfdaşlıq çərçivəsində yaxın vaxtlarda Türkiyədə birgə fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Son olaraq 10 fevral 2022-ci il tarixində birliyimizin rəhbərliyi “Genc MÜSİAD”-ın İstanbulda yerləşən baş ofisini ziyarət edib. Ziyarət çərçivəsində cari layihələr və gələcəkdə həyata keçirilə biləcək müxtəlif layihələr müzakirə edilib.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube