+994 50 466 36 22 info@oygib.az

Avropa Gənclər Festivalı - Sərgi

Avropa Gənclər Festivalı – Sərgi

Avropa Gənclər Festivalı.
Gəncədə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində 30 sentyabr – 1 oktyabr 2016-cı il tarixlərini əhatə edən Avropa Gənclər Festivalı çərçivəsində Gənclər Təşkilatlarının fəaliyyətini əks etdirən sərgi keçirilib . “Odlar Yurdu” Gənclər İB sərgidə layiqincə təmsil olunub.
Birliyin baş katibi Təhminə Cəfərova və könüllülər üzrə koordinatoru Fəxrəddin Əliyev birliyin çoxşaxəli fəaliyyəti haqqında Gəncə şəhər İcra Hakimiyyəti başcısı cənab Elmar Vəliyev və digər rəsmi qonaqlara, həmçinin sərgi iştirakçılarına geniş məlumatlar verib.
Birliyin digər fəalları və könüllüləri də sərgidə fəal iştirak ediblər.
Qeyd edək ki, festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube