+994 50 466 36 22 info@oygib.az

Avropa Oyunlarının Məşəli Gəncədə

Avropa Oyunlarının Məşəli Gəncədə

Mayın 15-də Gəncədə əsl

bayram əhval-ruhiyyəsi yaşandı. Beləki birinci Avropa Oyunlarının məşəli respublikanın ikinci böyük şəhəri Gəncəyə gətirildi. Şəhərin Mərkəzi meydanında məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul etdi. Sonra 10 idmançı məşəl yürüşünə çıxdı.Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırdı. Daha sonra maraqlı konsert proqramı və möhtəşəm alov festivalı keçirildi.
“Odlar Yurdu” GİB olaraq da möhtəşəm bayram tədbirində fəal iştirak etdik. Həmçinin Birliyimizin Fəxri Üzvü Toğrul Əsgərovla da görüşdük və xatirə fotosu çəkdirdik.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube