AzTU ilə rəsmi Əməkdaşlıq Memorandumu imzalandı (10.04.2015)
Bu gün Azərbaycan Texnologiya Universiteti ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi arasında “Əməkdaşlıq Memorandumu” imzalandı.
Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanovla, “Odlar Yurdu” GİB tərəfindən Birliyin sədri Nigar Ələsgərovanın imzaladığı əməkdaşlıq müqaviləsinin qurulmasında əsas məqsəd gənclərin müxtəlif istiqamətdə maariflənməsi, ictimai fəaliyyətlərinin artırılması və inkişafı sahəsində qarşılıqlı əməkdaşlığın qurulmasıdır.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə AzTU ilə qurulan əməkdaşlıq həmin təhsil müəssisəsində təhsil alan gənclərin ictimai fəaliyyətlərinin artırılmasına, innovativ metodlarla onlara gündəlik iş həyatlarında lazım olan yeni biliklərin öyrənilməsinə, təcrübə proqramları vasitəsilə təcrübə qazanmaqlarına, beynəlxalq layihələrdə təmsil olunmalarına dəstək olacaqdır. Sədrin sözlərinə görə yaxın gələcəkdə , əməkdaşlıq çərçivəsində dövlət gənclər siyasətinə töhfə verəcək yeni layihələr həyata keçiriləcək. Həmçinin sədr bildirmişdir ki , “Odlar Yurdu” GİB ilk dəfə olaraq ali təhsil müsəssisə ilə rəsmi əməkdaşlıq memorandumu imzalayır. Bu regionda ilk hadisədir və “Odlar Yurdu” GİB bununla qürur duyur və bu əməkdaşlığın məsuliyyətini dərk edir.