+994 50 466 36 22 info@oygib.az

Bakıda Avropa Həmrəylik Korpusunun (European Solidarity Corps (ESC)) təqdimatı keçirildi. 

Bakıda Avropa Həmrəylik Korpusunun (European Solidarity Corps (ESC)) təqdimatı keçirildi.

 

Bakıda Avropa Həmrəylik Korpusunun (European Solidarity Corps (ESC)) təqdimatı keçirildi.

Tədbir “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü ilə Sabunçu Gənclər Evində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Polşa Milli Agentliyinin nəzdində fəaliyyət göstərən Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi “SALTO Eastern Europe and Caucasus”-un təşkilatçılığı ilə təşkil edildi. Tədbirin məqsədi sözügedən proqramda Şərqi Avropa və Qafqaz ölkələrinin iştirakının təbliği və Azərbaycan gəncləri üçün yaradılan yeni imkanlar ilə tanışlıq idi.

Tədbirdən çərçivəsində SALTO-nun Şərqi Avropa və Qafqaz ölkələri üzrə nümayəndəsi Tomasz Szopa Avropa Könüllülük Xidməti proqramında iştirak etmək üçün akkreditasiya almış təşkilatlar ilə görüş keçirmişdir. Könüllülük mübadiləsi layihələrinin keyfiyyətinin artırılması və yeni proqramın təşkilatlar üçün yaratdığı imkanlar müzakirə edilmişdir.
Məlumat üçün qeyd edək ki, “Odlar Yurdu” GİB ölkədə
Avropa Könüllülük Xidməti proqramı üzrə akkreditasiya almış 7 təşkilatdan biridir 🙂
Birlik növbəti ildə Avropa Həmrəylik Korpusunun (ESC) “Keyfiyyət etiketi”ni (Quality Label) almaq üçün müraciət edəcək.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube