+994 50 466 36 22 info@oygib.az

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” 18.04.2015

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” 18.04.2015

18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar “Odlar Yurdu” Gənclər İctimai Birliyinin fəal gəncləri Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkil etdiyi ekskursiyada iştirak edib.
Gənclər Qədim Gəncə şəhərinin ərazisi sayılan Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunda tarixi-elmi seminarda istirak etmişlər daha sonra gənclərə Qoruğun ərazisində yerləşən 2004-cü ildə Heydər Əliyev fondu tərəfindən əsaslı şəkildə bərpa edilərək tarixə qaytarılmış Comərd Qəssab türbəsi, 1139-cu ildə baş vermiş zəlzələyə qədər mövcud olmuş Gəncə çayının sahil boyunu əhatə edən Qədim Gəncə şəhərinin qala divarları, qala bürcləri barədə məlumat verilib . Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyində gəzinti zamanı da gənclərə muzey haqqında ətraflı məlumatlar verilib.
Bu kimi tədbirlər gənclərin öz tarixlərini öyrənmələrinə, tarixi abidələrin tarixi əhəmiyyətinə varmalarına xidmət edir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube