+994 50 466 36 22 info@oygib.az

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumunun açılış mərasimində peşəkar spikerlərin çıxışı baş tutacaq.

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumunun açılış mərasimində peşəkar spikerlərin çıxışı baş tutacaq.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı  ilə həyata keçiriləcək “Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumunun açılış mərasimində çıxış edəcək spikerlərin adları açıqlanıb.

26 noyabr tarixində baş tutacaq forumun açılış mərasimində Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi Kristina Məmmədova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov, MÜSİAD Azərbaycanın İdarə heyətinin üzvü Alim Şentürk və satış üzrə təlimçi, konsultant Altay Ali spiker qismində çıxış edəcək. Tədbirdə eyni zamanda Qafqaz Konsaltinq şirkətinin qurucusu və direktoru Nigar Atabəyli, “Zaferoğlu inşaat” şirkətinin qurucusu və “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri  Azər Əliyev və “Kapital Bank” ASC-nin Gəncə Filialının müdiri Vüqar Paşayevin spikerliyi ilə panel müzakirələri baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası tərəfdaşlığı ilə baş tutacaq forum “Nizami Gəncəvi ili”nə həsr olunur və Gəncə şəhərində 26-27 noyabr tarixlərində həyata keçiriləcək.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube