+994 50 466 36 22 info@oygib.az

"Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumunun ikinci günündə təlimlər keçirilib.

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumunun ikinci günündə təlimlər keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumunun Gəncə şəhər Gənclər Evində baş tutan ikinci günündə layihə iştirakçıları “Biznes planın yazılması” mövzusunda təlim sessiyalarında iştirak ediblər. Təlim müddətində gənclər mövcud biznes ideyalarına əsasən biznes plan hazırlanmasını öyrənməklə yanaşı, mövcud sahibkarlıq fəaliyyətlərini peşəkarların iştirakı ilə təhlil etmək və onlara qaranlıq qalan suallar ətrafında müzakirələr etmək fürsəti də əldə ediblər. 

Layihə çərçivəsində iştirakçılar tərəfindən hazırlanan 10 uğurlu biznes planın Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlarla təmin olunmasına imkan yaradılacaq. Beləliklə, forum nəticəsində 10 nəfər gənc sahibkar formalaşmış olacaq.

Xatırladaq ki, forum Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası tərəfdaşlığı ilə həyata keçirilir. Forumun keçirilməsində məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması, öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə və özünüməşğulluqlarının təmin edilməsinə şərait yaratmaqdır.

Məlumat üçün qeyd edək ki, “Brave Heart” Region Gənclərinin Sahibkarlıq Forumu ənənəvi xarakter daşıyır və ilk dəfə 2019-cu ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində keçirilib. 

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube