“Bu uğur hekayə deyil.” adlı yeni layihə həyata keçirilir.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Bu uğur hekayə deyil” adlı layihə həyata keçirilir. Layihənin məqsədi cəmiyyətdə sahibkarlıq istiqamətində uğur qazanmış və rol modeli olacaq gənc xanımların cəmiyyətə tanıdılması və onlar vasitəsilə gənc qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsidir.
Layihə çərçivəsində Bakıda və regionda yaşayan, məhdud imkanlarla öz biznesini quran, sözün əsil mənasında öz ağlı, zəkası, zəhmətkeşliyi ilə uğurlu sahibkarlıq fəaliyyəti göstərən və dəyər yaradan gənc xanımların uğur hekayələrinə həsr olunmuş videoçarxlar hazırlanacaq. Ümumilikdə 5 videoçarx çəkiləcək. Video materiallar dijital sferanın müasir tələblərinə uyğun formada hazırlanacaqdır ki, geniş auditoriyaya çatımı daha rahat olsun. Çəkilişlər yekunlaşdıqdan sonra videoçarxların təqdimatı məqsədli 100 gənc xanımın iştirakı ilə “Qadın Zirvəsi” baş tutacaq. Burada tədbir iştirakçıları onlayn qeydiyyat vasitəsilə seçiləcək. Onlara zirvə müddətində həm mövzu istiqamətli video çarxlar təqdim olunacaq. Həm də uğurlu qadın spikerlərin iştirakı ilə seminar və müzakirə saatları təşkil ediləcək. Bir gün davam edəcək forumda Bakı şəhəri ilə yanaşı, regiondan olan gənc qadınların da iştirakı təmin ediləcək.
Birlik layihədə iştirak etmək istəyən və öz sahibkarlıq fəaliyyətləri barədə hekayələrini paylaşmaq istəyən gənc sahibkar qadınlar üçün qeydiyyatı açıq elan edir. Qadın sahibkarlar aşağıda yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçə və iştirak üçün müraciət edə bilərlər.
Nəzərinizə çatdıraq ki, layihə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2022-2024-cü illər Strateji Planının prioritet istiqamətlərindən biri olan “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təbliği” istiqamətində həyata keçirilir.
Qeydiyyat linki: https://forms.gle/M1NGok7VBtHTk8jU9