+994 50 466 36 22 info@oygib.az

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami günləri" adlı silsilə tədbirlər keçirildi.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Nizami günləri” adlı silsilə tədbirlər keçirildi.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 24-27 Sentyabr 2012-ci il tarixlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Nizami günləri” adlı silsilə tədbirlər çərçivəsində Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində və Azərbaycan Dövlət Müəllimlər İnstitunun Gəncə filialında elmi-praktiki konfrans keçirildi.
Əsas məqsəd Nizami Gəncəvi yaradıcılığında əks olunan humanist, ümümbəşəri, ictimai-siyasi, sosial və mənəvi-əxlaqi ideyaların gənclər arasında təbliğ olunması olan tədbirlərdə gənclərin Nizamişünas alimlərlə görüşü və fikir mübadiləsi aparılması nəzərdə tutulmuşdur

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube