+994 50 466 36 22 info@oygib.az

"Gələcək vəd edən həqiqətlər:multikulturalizm və gənclik"/Açılış

“Gələcək vəd edən həqiqətlər:multikulturalizm və gənclik”/Açılış

23 iyul 2016 tarxində Gəncə şəhərində “Gələcək vəd edən həqiqətlər: multikulturalizm və gənclik” layihəsinin açılış mərasimi keçirilib. Cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə çatdırmaq məqsədi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən layihəyə Gəncə daxil olmaqla, Bakı, Astara, Lənkəran, Sumqayıt və s. regionlardan gənclər qatılıb.
Açılış mərasimində millət vəkili Pərvin Kərimzadə, İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova, Gənclər və idman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, KİV nümayəndələri və layihə iştirakçısı olan gənclər iştirak ediblər. Natiqlər multikulturalizm mövzusunun gənclər tərəfindən mənimsənilməsi, bu sahədə dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin əhəmiyyəti və s. haqqında fikirlər səsləndirib.
Tədbirdə həmçinin Birliyin fəaliyyətində yaxından iştirak edən və dəstək olan qurumlar, rəsmilər və KİV nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
“Gələcək vəd edən həqiqətlər: multikulturalizm və gənclik” layihəsinin digər tərəfdaş qurumları Gəncə şəhər İcra Hakimiyyəti və “Gəncə 2016- Avropa Gənclər Paytaxtı” İctimai Birliyidir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube