+994 50 466 36 22 info@oygib.az

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” -Bağlanış mərasimi

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” -Bağlanış mərasimi

“Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimində respublikanın fəal gənclər təşkilatlarından olan “Odlar Yurdu” Gənclər İctimai Birliyi layihə çərçivəsində fəal iştirakı və verdiyi töhfələrə görə təltif olunub.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, “Odlar Yurdu” GİB “Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində 2014-cü ildən etibarən Gəncə şəhərində 2 böyük beynəlxalq layihə (“Gəncə 2016-Avropalı gənc yazarların hekayələrində”, “İncəsənət və idman: əl- ələ”), 7 yerli layihə (“Sağlam 5 gün”, “KönüllüSƏN”, “Ganja in Action”, “Karyera A-dan Z-yə”,“Media Məktəbi -2”, Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm”, “Fərdi İnkişaf Akademiyası” ), 4 intellektual oyun və bilik yarışı, 29 seminar, təlim, müxtəlif görüş və təqdimatlar təşkil edib. Həmçinin Bolqarıstan, Gürcüstan, Türkiyə, Norveç, Rumunya, Macarıstanda keçirilən beynəlxalq layihələrdə “Gəncə – 2016 Avropa Gənclər Paytaxtı”na həsr olunmuş müxtəlif təqdimatlar həyata keçirib. Həmçinin Gəncədə, o cümlədən respublika səviyyəsində “Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində həyata keçirilən bir sıra tədbirlərin, fəaliyyətlərin təşkilində yaxından iştirak edib. Sədr həmçinin birliyin idarə heyyəti üzvləri və fəal könüllülərinin “Gəncə 2016-AGP” layihəsində yaxından iştirak etdiklərini və layihənin bağlanış mərasimində aktiv könüllülər olaraq mükafatlandıqlarını da vurğulayıb.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube