Gəncə gəncləri “Sağlam Gəncə üçün bir gün” adlı ekoloji aksiya keçirib.
#Gəncə gəncləri “Sağlam Gəncə üçün bir gün” adlı ekoloji aksiya keçirib.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin könüllü gəncləri Gəncə şəhərinin Park Bulvar ərazisində ekoloji aksiya keçirib.
Aksiyanın keçirilməsində məqsəd təbiəti tullantılardan təmizləmək, ekoloji maarifləndirmə işi aparmaq və gəncləri bu kimi fəaliyyətlərdə fəal olmağa cəlb etməkdən ibarət idi.
Məlumat üçün bildirək ki,
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Ətraf Mühit və MƏN-2” Könüllü Gənclərin Yay Məktəbi layihəsinin davamlılığı olaraq keçirilən aksiya Gəncə ilə yanaşı, Sumqayıt, Bakı, Beyləqan, Şamaxı və s. regionlarda da davam edəcək.