“Gənclər Günü” münasibəti ilə Gəncə şəhərində tədbir keçirildi.
2 fevral “Gənclər Günü” münasibəti ilə Gəncə şəhərində tədbir keçirilib. Tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.
Yığıncaqda İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə ASAN xidmət Mərkəzinin işçisi Vaqif Əjdərli, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin üzvü Tehranə Qasımova, GDU-nun TGT sədri Orxan Məmmədov, “Odlar Yurdu” Gənclər İB-nın baş katibi Təhminə Cəfərova, Gəncə AGP-2016 İB-nin könüllülər üzrə koordinatoru Mobil Qarayev çıxış edib.
Tədbirin sonunda ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclərə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı cənab Elmar Vəliyevin Sərəncamı ilə “Fəxri Fərman” təqdim olunub.
“Odlar Yurdu” GİB-in sədr müavini Qulu Abdullazadə və könüllülər üzrə koordinatoru Fəxrəddin Əliyev təltif olunub.