+994 50 466 36 22 info@oygib.az

Gənclərimiz Rumuniyada

Gənclərimiz Rumuniyada

“Odlar Yurdu”GİB növbəti beynəlxalq layihənin tərəfdaşıdır.
“Gəncə-2016” Rumınyada təqdim olundu…
Rumıniyanın Buxarest şəhərində həyata keçirilən beynəlxalq layihənin 5 tərəfdaş ölkəsindən biri Azərbaycanı “Odlar Yurdu” Gənclər İctimai Birliyinin fəal gəncləri təmsil edib. Avropa Komissiyasının “Erasmus Plus” proqramı çərçivəsində həyata keçirilən “Rise” adlı Beynəlxalq layihədə Gürcüstan,Polşa, Türkiyə, Portuqaliya Ruminiya və Azərbaycanda daxil olmaqla ümumilikdə 36 fəal gənc iştirak edib.
Cari ilin 4-11 iyul tarixlərini əhatə edən layihədə Gənclər Azərbaycan gecəsində ölkəni layiqincə təmsil etmiş, Bakı-2015 İlk Avropa Oyunları və “Gəncə-2016” Avropa Gənclər Paytaxtına aid video çarxlar nümayiş etdirmiş, ətraflı məlumatlar vermiş və iştirakçı gənclərə hədiyyələr təqdim etmişlər. Həmçinin ölkədə həyata keçirilən gənclər siyasəti, bu sahədə qazanılan uğurlar və görülən işlər haqqında da təqdimatlar keçiriblər.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi 3 ilə yaxındır ki, fəaliyyət göstərir . Fəaliyyəti müddətində davamlı olaraq gənclərin beynəlxalq layihələrdə iştirakını təmin etməklə, ölkənin təbliğində gənclərin rolunu artırmaq istiqamətində uğurlu addımlar atmış, Avropa Komissiyası tərəfindən 16 müxtəlif ölkədə keçirilən, gənclərə həsr olunan beynəlxalq layihələrin tərəfdaşı olmuşdur. Avropa Komissiyası tərəfindən 2014-cü ildə icrasına başlanılmış “Erasmus Plus” proqramının ilk layihəsini Azərbaycanda ,Gəncə şəhərində həyata keçirmişdir. Cari ilin aprel ayından isə ölkənin Avropa Komissiyasının Beynəlxalq Könüllülük Proqramından akkreditasiya əldə etmiş ən gənc təşkilatıdır.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube