“Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” movzusunda təlim-seminar baş tutub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə “Gənclərlə iş sahəsində insan hüquqları və demokratik vətəndaşlıq təhsili” movzusunda Təlim-seminar 17-21 dekabr tarixlərində Şəmkir Gənclərin İnkişaf və Karyera mərkəzində baş tutdu.Təlimin ikinci günü Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov təlim iştirakçılarına yerində baş çəkərək onlara fəaliyyətlərində uğurlar arzu edib.Sonda təlimi uğurla başa vuran iştirakçılara Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun imzası ilə təsdiqlənmiş Sertifikartlar təqdim olunub.
Təlimdə Odlar Yurdu Gənclər İctimai Birliyini könüllümüz Qamət Əliyev təmsil edib.