Gələcək sahibkarlıq obyektlərinin təmir və avadanlıq ehtiyacları müəyyən edilib.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində növbəti dəfə İsmayıllı rayonunun Xanagah və Topçu kəndlərindən görüşdə iştirak etmiş bir qrup kənd sakininin sahibkarlıq obyekti kimi istifadə edəcəkləri evlərinə və ərazilərinə baxış keçirilib. Eyni zamanda layihədə iştirak üçün seçilmiş digər kənd sakinlərinin evlərinə yenidən baxış keçirilərək təmir və avadanlıq ehtiyacları müzakirə edilib.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Layihə nəticəsində 15 sahibkarlıq obyekti təsis olunacaq, 60 nəfərə yaxın şəxsin məşğulluq problemi həll olunacaqdır.