Gələcək sahibkarlıq obyektlərinin təmiri başlanılır.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və təchizat” mərhələsində mart ayında İsmayıllıda gələcək sahibkarlıq obyektlərinin təmiri başlanılır. Təmir nəticəsində 15 sahibkarlıq obyektləri hazırlanacaq və yerli, xarici turistlərinin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil veriləcək.
Növbəti mərhələdə sahibkarların peşəkar fəaliyyətinin davam etdirilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən verilən əşyalar ilə təmin ediləcək.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.