+994 50 466 36 22 info@oygib.az

Gənc İstedadlar Klubu- açılış mərasimi

Gənc İstedadlar Klubu- açılış mərasimi

Gənc İstedadlar Klubu- açılış mərasimi
2016-cı il Avropanın Gənclər Paytaxtında, “Odlar Yurdu” GİB-in nəzdində yeni bir klub fəaliyyətə başladı. Beləki Gəncə şəhərində fəaliyyət göstərən gənc ifaçılar, repçilər, rəqs qrupları və digər istedadlı gəncləri öz ətrafına toplayan klubun əsas məqsədi elə istedadlı gəncləri bir araya toplayaraq onların inkişafına şərait yaratmaqdır.
26.01.2014-cü ildə fəaliyyəti açıq elan olanan klub ilk görüşünü əyləncəli təşkil etmişdi. Gənclərin ifasında maraqlı musiqilər, yumor tamaşaları, maraqlı rəqs nömrələri ilə yadda qalan açılış mərasimini Birliyin sədri Nigar Ələsgərova təbrik nitqi ilə açdı və gənclərə müvəffəqiyyətlər arzu etdi. Klub gələcəkdə Gəncə şəhərində gənclərin asudə vaxtının maraqlı və əyləncəli təşkil olunması məqsədi ilə müxtəlif konsert proqramları təşkil edəcəkdir. Klubun sədri Birliyin yeni üzvü Türkan Bayramovadır.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube