Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi keçirilib.
24 sentyabr 2021-ci il tarixində Gənclər Təşkilatları Milli Şurasının hibrid formatda növbəti Məclisi keçirilib.
Məclisdə birliyimizin sədri Nigar Ələsgərova və sədr müavini Xəzər Cabbarlı da iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan Məclisdə NAYORA-nın son 6 aydakı fəaliyyətləri təqdim edilərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında ətraflı məlumat verilib.
Həmçinin üzvlük üçün müraciət edən təşkilatların nümayəndələrinin çıxışları dinlənilmiş, daha sonra onlayn formada səsvermə keçirilmişdir. Səsvermə nəticəsində uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusunda üzvlüyə qəbul olunublar. Bununla da ARGTMŞ-nın üzvlərinin sayı 143-ə çatıb.