+994 50 466 36 22 info@oygib.az

Gənclərimiz Bolqarıstanda keçirilən beynəlxalq layihədə iştirak edib.

Gənclərimiz Bolqarıstanda keçirilən beynəlxalq layihədə iştirak edib.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfdaş olduğu layihə Erasmus+ proqramı çərçivəsində “Solidarity Works” təşkilatı tərəfindən həyata keçirilib. 19-28 mart tarixlərində Bolqarıstanın Radomir şəhərində həyata keçirilən layihədə birliyimiz 3 nəfərlə təmsil olunub. Ümumilikdə layihədə 8 ölkədən (Azərbaycan, Bolqarıstan, İtaliya, Böyük Britaniya, Serbiya, Sloveniya, Fransa və Şimali Makedoniya) 22 gənc iştirak edib. Layihə çərçivəsində iştirakçılar “Gənclər arasında radikallaşmanın anlaşılması və qarşısının alınması” mövzusundakı 8 günlük təlim proqramından yararlanıb. Layihədə iştirak edən gənclər aşağıdakı mövzular üzrə bilik və bacarıqlarını artırıblar:

  • Ekstremizmin/radikallaşmanın səbəblərini anlamaq;
  • Avropada ekstremizm/radikallaşma hadisələrini müqayisəli təhlil etmək onlar arasındakı əlaqələri müəyyənləşdirmək;
  • Ekstremizmə/radikallaşmaya səbəb olan əsas amilləri, eləcə də onların qarşısının alınmasına səbəb olan amilləri tapmaq və təhlil etmək;
  • Avropa dəyərlərinin təhlili və onları ekstremizmə və radikallaşmaya qarşı vasitə kimi istifadə etmək üçün lazım olan bilik və bacarıqlar.

Layihə müddətində mədəniyyət gecələri təşkil edilib. Gənclərimiz milli məhsulların sərgiləndiyi süfrə hazırlayıblar. Digər ölkələrdən olan iştirakçılara tariximiz, mədəniyyətimiz haqqında məlumat verilib. Layihənin keçirildiyi dönəm milli bayramımız olan Novruz bayramı ilə üst üstə düşdüyü üçün iştirakçılara bu bayramın müxtəlif adət-ənənələr haqqında məlumat verilib. Gənclər həmçinin xarici iştirakçılar üçün bayram tonqalı da qalayıblar.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube