GiA- Daxili Motivasiya üçün 3D SƏYAHƏT
“Odlar Yurdu” Gənclər İctimai Birliyi Avropa Gənclər Paytaxtı Gəncə və region gənclərinin maariflərndirilməsi məqsədi ilə layihələrin icrasını davam etdirir. Beləki, Gəncə şəhərində “Ganja in Action” layihəsi çərçivəsində Coşqun Kərimovun təqdimatında “Daxili Motivasiya üçün 3D SƏYAHƏT” seminar həyata keçirilib. Seminarda gənclər “Hansı kompleksim var?” ,”Cəsarəti necə tapım?”, “Mən kiməm?”, “Mənim missiyam nədir?”,”Hansı xəyallarım var?”,”Hansı hədəflərim var?”, “Qərarım nədir? kimi sullara cavab taparaq, gələcək peşəkar və şəxsi həyatlarında onlara lazım olacaq məlumatlar əldə ediblər. Seminar gənclərin böyük marağına səbəb olub.
Xatırladaq ki, “Ganja in Action” layihəsi 1 il müddətində (20 fevral-20 dekabr) Avropa Gənclər Paytaxtı statusunun 4 prioritet sahəsini (təhsil, könüllülük, aktiv iştirakçılıq və məşğulluq) əhatə edərək gənclər üçün maraqlı təlimlər, seminarlar, aksiyalar, düşərgələr, fləşmobları əhatə edir.
Layihənin əsas tərəfdaşları Gəncə şəhər İcra Hakimiyyəti, Gənclər və İdman baş İdarəsi, “Gəncə AGP-2016” İctimai Birliyi və “Qrinviç” Təhsil Mərkəzidir.