Gürcüstan QHT-lərinin nümayəndələri Gəncədə
Gürcüstan QHT-lərinin nümayəndələri Gəncədə…
Vətəndaş Cəmiyyətinin formalaşmasına, Gənclər Təşkilatlarının inkişafına xüsusi diqqət göstərilən Gəncə şəhərinə bu dəfə Gürcüstanın ən fəal QHT-ləri səfər etdilər. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi iki qonşu ölkə arasında münasibətlərdə gənclərin fəallığının artırılması, Gürcüstan və Azərbaycan gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xidmət etmək idi.
Gəncəyə səfər edən Gürcüstan-Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) sədri Samirə İsmayılova, Azad Zona QHT-nin və media qrupunun rəhbəri Koba Xabazi, “Gənclər Avropalı Gələcək üçün” QHT-sinin rəhbəri Manana Andgulace ,həmçinin gənclər təşkilatlarının fəal üzvləri Gəncədə Heydər Əliyev Parkında və Mərkəzində, Nizami Gəncəvi Mərkəzində, Qala Qapı müzeyində və şəhər mərkəzində gəzinti keçirdilər. Gəncə şəhərinin son bir neçə ildə olduqca gözəlləşdiyini, inkişaf etdiyini vurğulayaraq bu sürətli inkişafa heyranlıqlarını bildirdilər. Həmçinin səfər zamanı “Azad Zona” media qrumu üçün Gəncə ilə bağlı reportajlar hazırlandı. 9-10 dekabr 2014-cü il tarixini əhatə edən səfər “Odlar Yurdu” Gənclər İctimai Birliyinin ofisində Birliyin fəaliyyəti ilə tanışlıq, Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilməsi, Gəncə şəhərində gənclərə və gənclər təşkilatlarına yaradılmış şərait və bu şəraitin yaratdığı imkanlar, bu imkanlardan faydalanaraq gələcək əməkdaşlıqların müzakirəsi və s. mövzuları əhatə edən görüşlə yekunlaşdı.