+994 50 466 36 22 info@oygib.az

Hamımız Birimiz üçün - 24.12.2014

Hamımız Birimiz üçün – 24.12.2014

“Hamımız birimiz üçün” xeyriyyə tədbiri
24 dekabr 2014-cü il tarixində Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin doğum günü, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə “Hamımız birimiz üçün” xeyriyyə tədbiri həyata keçirilib.
Tədbir “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti,Əhalinin sosial Müdafiə Mərkəzinin və Dövlət Sosial Müdafiə Fondlarının Gəncə şəhər şöbələrinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə cəmiyyətin xüsusi diqqət və qayğıya ehtiyyacı olan təbələqələrinin nümayəndələri iştirak ediblər. Beləki tədbirdə Milli Qəhrəmanların ailə üzvləri və şəhid ailələri, Qarabağ, Əfqanıstan və Çernobıl müharibəsi əlilləri, sağlamlıq imkanları məhdud yeniyetmə ,gənclər və onların valideynləri, tənha ahıl və əlillər, valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə olunan uşaqlar və aztəminatlı ailələr iştirak edib. 300 nəfərin iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd bu insanlara bayram sevinci yaşatmaqla, gənclərə humanist ideyaları təbliğ etmək və bu istiqamətdə birləşərək ölkədə cəmiyyətin xüsusi diqqət və qayğı tələb edən təbəqəsinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə töhfə verməkdir.
Xeyriyyə tədbirində həmçinin şəhər ictimaiyyəti, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak etmişlər.
“Odlar Yurdu” GiB-in sədri Nigar Ələsgərova bildirmişdir ki, bu tədbirin məhs cənab Prezidentin ad günündə həyata keçirilməsi heç təsadüfi deyildir. Möhtərəm prezident, onun ailəsi çox zaman doğum günlərini cəmiyyətin xüsusi qayğıya ehtiyyacı olan təbəqələrin nümayəndələri ilə qeyd edirlər. Gəncə də bu ənənəyə sadiq qalaraq “Hamımız birimiz üçün” xeyriyyə tədbirini məhs bu tarixdə həyata keçirir.
Tədbir rəsmi və bədii-əyləncə hissəsindən ibarət olmuşdur. Tədbirdə iştirak edən uşaqlara şaxta baba tərəfindən bayram hədiyyələri təqdim olunmuşdur. Xeyriyyə tədbiri yüksək ruh yüksəkliyi ilə yekunlaşmışdır.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube