+994 50 466 36 22 info@oygib.az

İntellektual Gənclər Klubu- "Mən Azərbaycanlıyam"

İntellektual Gənclər Klubu- “Mən Azərbaycanlıyam”

“Odlar Yurdu” GİB-in nəzdində fəaliyyət göstərən “İntellektual Gənclər” Klubunun təşkilatçılığı ilə Gəncədə ilk dəfə olaraq “Mən Azərbaycanlıyam” intellektual oyunu keçirilib. Görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, müxtəlif təhsil müəssisələrindən olan gənclər həmçinin birliyin fəal üzvləri iştirak edib.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi Müşviq Cəfərov çıxış edərək Gəncə şəhərində gənclərə göstərilən xüsusi diqqət və qayğıdan danışıb və bu kimi intellektual oyunların vacibliyini vurğulayıb.”Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova isə iştirakçı və qonaqları salamlamış, birlik olaraq bu səpkidə tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin maariflənməsinə, və intellektual səviyyələrinin yüksəldilməsinə xidmət etməkdən ibarət olduğunu bildirmişdir.
İntellektual gənc arasında gedən maraqlı bilik mübarizəsindən sonra, oyununun qalibi müəyyən olunub. Oyunun qalibinə ZER məişət avadanlıqları mağazasından planşet və D’LARON Perfumes & Cosmetics şirkəti tərəfindən hədiyyə təqdim olunub. Həmçinin finalçılarda D’LARON Perfumes & Cosmeticsdən hədiyyələr əldə etmişlər.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” GİB nəzdində fəaliyyət göstərən və artıq fəaliyyətinin iki ayı 15.05.2014 tarixində tamam olan “İntellektual Gənclər” Klubu bu müddət ərzində 5 yarış 1 görüş, ilk dəfə olaraq “Zəif Bənd” oyununu keçirmiş və Gəncə şəhərində keçirilən iki yarışda komanda ilə təmsil olunmuşdur. Klubun rəhbəri Qulu Abdullazadədir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube