+994 50 466 36 22 info@oygib.az

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “İctimai maarifləndirmə və məlumatlandırma” mərhələsi çərçivəsində gələcək sahibkarların seçimi yekunlaşıb.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “İctimai maarifləndirmə və məlumatlandırma” mərhələsi çərçivəsində gələcək sahibkarların seçimi yekunlaşıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkifı Agentliyinin dəstəyi (@smb.gov.az ),Dövlət Məşğulluq Agentliyi (@dma.sosial.gov.az ) tərəfdaşlığı ilə həyata keçirdiyimiz “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin seçim mərhələsi uğurla tamamlanıb.

300-ə yaxın kənd sakini layihə barədə məlumatlandırılıb, 60-a yaxın şəxs qeydiyyat üçün müraciət edib, 40-a yaxın kənd sakini ilə görüş keçirilib və sahibkarlıq subyektlərinə baxış keçirilib. Nəticədə 15 kənd sakini layihədə iştirak haqqı qazanıb. Seçimlər zamanı işsiz, kənd turizmi sahibkarlıq fəaliyyətinə marağı olan, ünvanlı sosial yardım alan, övladlarlının əlilliyi olan, əlillik müavinəti alan şəxslərə, gənc ailələrə üstünlük verilib. 
 
Növbəti mərhələdə layihə iştirakçılarına sahibkarlıq fəaliyyəti, özünüməşğulluq və kənd turizmi sahəsində iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə peşəkarlar tərəfindən silsilə təlimlər keçiriləcək.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube