+994 50 466 36 22 info@oygib.az

Kitab Klubu- 24.01.2015 (hesabat görüşü)

Kitab Klubu- 24.01.2015 (hesabat görüşü)

“Odlar Yurdu” Gənclər İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Kitab Klubu” 2014-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş görüş keçirib. Görüşdə Birliyin sədri Nigar Ələsgərova kitab klubunun fəal simaları ilə görüşmüş, klubunun ən fəal kitab oxucusu Cəmşid Babakişiyevə Fəxri Fərman, fəal oxucular Gülnar Məmmədova və Turkan Behbudovaya Təşəkkürnamələr təqdim etmişdir.Gəncləri daha çox kitab oxumağa səsləmiş və ətraflarındakı gənclərə də bu nümunəvi vərdişi təbliğ etməyi tövsiyyə etmişdir . Həmçinin klubun rəhbərinə uğurlu fəaliyyəti münasibəti ilə təşəkkürlərini bildirmişdir.
Görüşdə klubun gələcək fəaliyyətinin yeni mərhələyə qədəm qoyması məqsədi ilə də müzakirələr keçirilmiş, gənclərin təklifləri dinlənilmişdir. Cari il müddətində üzvlərin sayının artırılması, fəaliyyətinin daha da genişləndirilməsi və effektivliyinin artırılması üçün kütləvi tədbirlərin keçirilməsi planlaşdırılmışdır.

Məlumat üçün bildiririk ki, “Odlar Yurdu” GİB-in Kitab Klubu Gəncə şəhərində ən fəal kitab klubudur və 2012-ci ildən fəaliyyət göstərir. Son bir ildə kluba Ulviyyə Mahmudova rəhbərlik edir. Ötən il ərzində klub ayda iki dəfə olmaqla 18 görüş , 2 şəhər müzeylərinə gəzinti həyata keçirmişdir. Ümumilikdə klubun 15 fəal və daimi üzvü var. Klubun fəaliyyətinin əsas məqsədi gəncləri maarifləndirmək, kitab oxumağa həvəsləndirməklə onlarda mütaliə qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube