Kitab Klubu 28.03.2015
“Odlar Yurdu” GİB-in nəzdində fəaliyyət göstərən Kitab Klubu ayda 2 dəfə olmaqla davamlı şəkildə gənclərlə müxtəlif əsərlərin müzakirəsi ilə keçirilir. Növbəti görüşlərdən biri də Şəmkir şəhərində Gənclər Mərkəzində keçirilmişdir. Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri hər iki qurumun Kitab Klubunun fəal gənclərinin iştirakı ilə müzakirə olunub.
Kitab Klubunun növbəti görüşü 18 aprel tarixində “Odlar Yurdu” GİB-in ofisində keçiriləcək. Gənclər bu görüşdə Cek Londonun “Martin İden”əsərini müzakirə edəcəklər.