+994 50 466 36 22 info@oygib.az

"KönüllüSƏN" - Bağlanış mərasimi

“KönüllüSƏN” – Bağlanış mərasimi

Olduqca maraqlı və keyfiyyətli icra olunan layihənin sonuna gəldik.
Beləki 31 avqust tarixində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin ofisində “KönüllüSƏN” layihəsinin təltifolunma mərasimi baş tutdu. Tədbirdə layihənin təlimçisi Toğrul Ələkbər, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Coca-Cola Azərbaycanın Qərb bölgəsi üzrə nümayəndəsi İlkin Əsgərov , “Gəncə AGP 2016” İB-nin nümayəndəsi Aysun Zeynalova və gənclər iştirak etmişlər. Tədbiri giriş sözü ilə layihənin Koordinatoru TəhminəCəfərova açmış və layihənin tərəfdaşlarına “Odlar Yurdu” Gİb adından təşəkkürünü bildirmiş, birliyin sədri adindan salamları çatdırmışdır. Daha sonra qonaqlar və gənclər çıxış etmiş , layihə haqqında xoş fikirlər səsləndirmişlər. Layihənin təşkilatçı könüllüləri, ən fəal 5 iştirakçı gənc təltif olunmuş , bütün iştirakçı gənclərə Şəhadətnamələr təqdim olunmuşdur.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Gəncə 2016 AGP” və “Coca-Cola” Azərbaycanın tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi gənclərə könüllük prinsiplərinin aşılanması, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etmək idi.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube