+994 50 466 36 22 info@oygib.az

"KönüllüSƏN" intervyu mərhələsi

“KönüllüSƏN” intervyu mərhələsi

“KönüllüSƏN” layihəsinin intervyu mərhələsinin 1-ci hissəsi uğurla yekunlaşdı. Beləki layihədə iştirak etmək üçün 205 nəfər gənc müraciət etmişdir. Onlardan 69 nəfər Bakı, Sumqayıt , Mingəçevir və digər şəhərlərdən olduqları üçün 2-ci mərhələyə keçə bilməmişlər. 136 nəfər Gəncədə yaşayan və təhsil alan gənclərin bir qismi ilə “Odlar Yurdu” GİB-in ofisində “Odlar Yurdu”GİB-in rəhbərliyi, Gənclər və İdman Baş İdarəsinin və “Gəncə AGP 2016” İB-nin nümayəndəsinin iştirakı ilə intervyu keçirilmişdir. Gənclərin böyük marağına səbəb olan “KönüllüSƏN” layihəsinin növbəti intevyusu 24.08.2015 tarixində saat 11.00-da “Odlar Yurdu” GİB-in ofisində keçiriləcək. İntevyu mərhələsini uğurla keçən gənclərə e-mail vasitəsilə məlumat veriləcək.
Məlumat üçün bildirək ki, Gəncə şəhərində 12 avqust Beynəlxalq Gənclər Günü ərəfəsində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Gəncə 2016 AGP” və “Coca-Cola” Azərbaycanın tərəfdaşlığı ilə “KönüllüSƏN” layihəsinin icrasına başlanılıb.Layihənin əsas məqsədi gənclərə könüllük prinsiplərinin aşılanması, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etməkdir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube