+994 50 466 36 22 info@oygib.az

“ KönüllüSƏN ” layihəsinin seçim mərhələsinə start verildi

“ KönüllüSƏN ” layihəsinin seçim mərhələsinə start verildi

Dəyərli dostlar, əziz gənclər!
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019 – cu il tarixli Sərəncamı ilə 2020 – ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Bunu nəzərə alaraq “Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə “ KönüllüSƏN ” layihəsini həyata keçirir.
Peşəkar fəaliyyətinə könüllülüklə başlayıb karyerasında uğur qazanan və öz könüllü uğur hekayəsini bölüşmək istəyən ölkə və ölkə xaricində də fəaliyyət göstərən şəxsləri “KönüllüSƏN” layihəsinə dəvət edirik. 😍😍
Layihə çərçivəsində video çarx və kitabça hazırlanacaq, hansı ki, könüllü şəxslərin uğur hekayələrini əhatə edəcəkdir. Hazırlanan materiallar bir çox gənci ruhlandırmaq və könüllülüyə təşviq məqsədilə istifadə olunacaq.
Aşağıda qeyd olunan formda (link) qeydiyyatdan keçərək Siz də öz könüllülük hekayənizi bizimlə bölüşün.
5-ci “KönüllüSƏN” layihəsini Qarabağda keçirmək diləyilə!
Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube