+994 50 466 36 22 info@oygib.az

"Məktəblərarası I İntellekt Kuboku" -final oyunu

“Məktəblərarası I İntellekt Kuboku” -final oyunu

Şagirdlərin intellektual inkişafına dəstək olmaqla, dünyagörüşlərinin formalaşdırılması, komanda iş biliklərinin artırılmasına xidmət edən “Məktəblərarası I İntellekt Kuboku”nun final oyunları uğurla yekunlaşdı. 8 orta məktəbin gərgin intellekt mübarizəsində I yeri 27 nömrəli məktəb lisey, II yeri isə 17 nömrəli orta məktəb qazandı.Qalib məktəbə İntellekt Kuboku, hər iki məktəbin şagirdlərinə isə mükafatlar və medallar təqdim olundu.
Böyük rəğbətlə qarşılanan, çoşqu ilə davam edən və uğurla yekunlaşan mərasim Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyi və “İstək” Liseyinin təşəbbüs və təşkilatçılığı ilə 29-30 aprel tarixində həyata keçirildi. Ümumilikdə 96 şagird yarışda iştirak etdi.Onlarla yeniyetmə və gənc isə təşkilatçılığında iştirak etdi.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube