Milli Musiqi Günü -18.09.2015
“Odlar Yurdu” Gənclər İctimai Birliyi 18 sentyabr 2015-ci il tarixində Milli Musiqi Günü ilə əlaqədar olaraq 2 saylı Körpələr Evində tədbir keçirib.“Musiqinin Səsi” adlı həyata keçirilən tədbirdə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin gəncləri tərəfindən uşaqlara Milli Musiqi günü ilə bağlı ətraflı məlumatlar verilmiş və uşaq evinin sakinləri üçün əyləncəli musiqili proqram təşkil olunmuşdur. Həmçinin gənclər uşaqlar üçün müxtəlif oyunlar və yarişlar keçirmiş və qalib olan uşaqlara müxtəlif məktəbli ləvazimatları hədiyyə etmişlər. Birliyin təşəbbüs və təşkilatçılığı, üzv gənclərin dəstəyi ilə həyata keçirilən tədbirin əsas məqsədi Milli Musiqi Gününün mahiyyətini anlatmaq, cəmiyyətin diqqət və qayğıya ehtiyyacı olan təbəqəsinə mənəvi dəstək olmaq onlardan diqqət və qayğını əsirgəməməkdir.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” GİB üç illik fəaliyyəti müddətində davamlı olaraq uşaq evləri, qocalar evi və aztəminatlı ailələrlə bağlı müxtəlif aksiyalar və tədbirlər həyata keçirir.